KASPİ İNTER Şirkəti artıq 10 ilə yaxın müddətdir ki, logistika, beynəlxalq və ölkədaxili yük daşımaları, gömrük rəsmiləşdirilməsi xidmətləri, o cümlədən bu qeyd olunan sahələr üzrə ixtisaslaşdırılmış hüquqi xidmətlər göstərməkdədir.
Şirkətimiz aşağıdakı daşınmaları həyata keçirir:
Yüklərin beynəlxalq və daxili Avtomobil nəqliyyatı yolu ilə daşınmasında Şirkətimiz maksimal effektivliklə, öz potensial resurslarından istifadə edərək bizə daşınması həvalə edilən yüklərin dünyanın istənilən nöqtələrinə çatdırılmasını təmin edir.
İrimiqyaslı və uzun müddətli layihələri həyata keçirərkən, KASPİ İNTER şirkəti buna zərurət olduqda öz xarici və yerli partnyorlarını da işlərə cəlb edir.
Şirkətimiz yüklərin vaxtında və tam həcmdə çatdırılmasında, öz müqavilə öhdəliklərinin yerinə yetirməsinə daxili nəzarət edir və buna zəmanət verir.
Yüklərin beynəlxalq Hava yolu ilə daşınmasında Şirkətimiz standart, çox qiymətli, qabaritli, ağır çəkili və təhlükəli yüklərin yüksək səviyyədə tez, hava yolu ilə daşınmasını təşkil edir. Şirkətimizin beynəlxalq partnyorları istənilən ölçülü və istənilən növ yükləri ən qısa vaxt ərzində, yüksək keyfiyyət və sərfəli qiymətlərlə dünyanın istənilən nöqtəsinə çatdırılmasına imkan yaradır.
Müştərinin istəyi ilə şirkətimiz hava nəqliyyatı yolu ilə gələn yüklərin tez çatdırılmasını, o cümlədən də hava nəqliyyatında lazım olan bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir.
Yüklərin beynəlxalq Dəmir yolu ilə daşınmasında Şirkətimiz yüklərin dəmir yolu ilə daşınmasını da həyata keçirir.
Şirkətin dəmir yolu ilə təklif etdiyi xidmət növləri aşağıdakılardan ibarətdir:
Beynəlxalq yüklərin Su nəqliyyatı vasitəsi ilə daşınmasında Şirkətimiz böyük məmnuniyyətlə sizə yüklərin beynəlxalq su nəqliyyatı vasitəsilə üzrə aşağıdakı xidmət növlərini təklif edir:
Logistika, beynəlxalq və ölkədaxili yük daşımaları, gömrük rəsmiləşdirilməsi xidmətləri sahələr üzrə hüquqi xidmətlər göstərərkən şirkətimiz bu sahədə ixtisaslaşdırılmış əməkdaşlarının/hüquqşünaslarının potensialından istifadə etməklə, müştərilərə milli və beynəlxalq hüquq sahəsində baş verən dəyişikliklərdən vaxtında xəbərdar etməklə, gələcəkdə yarana biləcək hüquqi poroblemlərin qarşısının vaxtında alınmasını təmin edir.
Şirkətimizin yuxarıda qeyd oluna sahələr üzrə göstərdiyi xidmətlər barəsində saytımızın Xidmətlər bölümündə tanış ola bilərsiniz.