• Sərhəddən sərhədə sərhədsiz xidmət!
  • Ünvanımız: AZ1014 Bakı ş.
  • Füzuli küç. 49, SKS Plaza, 7-ci mərtəbə
  • İş saatları
  • B.e.-C: 9.00-18.00

Hüquq xidmətləri

Hüquq xidmətləri

Kaspi İnter Ltd Şirkəti, logistika, beynəlxalq və ölkədaxili yük daşımaları, gömrük rəsmiləşdirilməsi xidmətləri sahələr üzrə müştərilərə hüquqi xidmətlər göstərərkən bu sahədə ixtisaslaşdırılmış əməkdaşlarının/hüquqşünaslarının potensialından istifadə etməklə, müştərilərə milli və beynəlxalq hüquq sahəsində baş verən dəyişikliklərdən vaxtında xəbərdar etməklə, gələcəkdə yarana biləcək hüquqi poroblemlərin qarşısının vaxtında alınmasını təmin edir, o cümlədən:

  • Gömrük qanunvericiliyi üzrə Azərbaycan Respublikasının qüvvədə olan qanunları və Azərbaycanın qoşulduğu beynəlxalq Sazişlər barədə müştərilərə mütəmadi məlumatlar vermək;
  • Gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş gömrük rüsumlarının/vergilərin büdcədən geri qaytarılması üçün müvafiq müraciətlərin hazırlanması/təqdim edilməsi, işin aparılması;
  • Malın statistik dəyərinin müəyyən edilməsi və idxal rüsumunun hesablanması üzrə qanunvericiliyə uyğun hüquqi rəyin/məsləhətlərin verilməsi;
  • Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi - iqtisadi məkanında qüvvədə olan qanunvericilik – normativ massivi üzrə şifahi və yazılı məsləhətlərin, rəylərin verilməsi;
  • Azərbaycan Respublikasının, MDB və Avropa Birliyi ölkələrinin dövlət və ictimai təşkilatları ilə qarşılıqlı əlaqələrdə istehsalçı və istehlakçıların hüquq və mənafelərinin təmsil edilməsi;
  • Ümumi yurisdiksiyalı (mülki və cinayət işləri) və kommersiya mübahisələri üzrə bütün məhkəmə instansiyalarında işlərin aparılması;
  • Müflis olan müəssisələrin mənafelərinin qorunması;
  • Vergi qanunvericiliyi üzrə məsləhətlər, vergi qanunvericiliyi üzrə rəylərin verilməsi;
  • Investisiya, innovasiya layihələrinin hazırlanması;
  • Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin hazırlanması;
  • Əqli mülkiyyət, o cümlədən, informasiya müdafiəsi sahəsində hüquqların qorunması;

Kaspi İnter Ltd Şirkəti müştərilərə hüquqi xidmətlərini abunə (aylıq, rüblük, yarımillik, illik), yaxud birdəfəlik sifariş qaydasında, müqavilə əsasında təqdim edir.

Azərbaycanın hüdudlarından kənarda xüsusi tapşırıqlarınız isə, Sizinlə razılaşdırıldıqdan sonra MDB, Avrozona, Birləşmiş Ərəb Əmirliklərində, Cənubi Asiyada olan tərəfmüqabillərimizi cəlb etməklə həyata keçirilir.
Müasir nəqliyyatla, avadanlıqlarla təchiz olunmuş personalımız azəri türkcəsi, rus, ingilis dillərində xidmətlər göstərir.
Yüksək nəticələrin əldə edilməsi imkanı sifarişçinin hüquqi probleminin həllində yeni yanaşma, əldə etdiyimiz əqli mülkiyyət olan ən yeni metodiki üsullarla təmin olunur.
Effektivli işgüzar əməkdaşlığın imkanlarını əldən verməyin!