• Sərhəddən sərhədə sərhədsiz xidmət!
  • Ünvanımız: AZ1014 Bakı ş.
  • Füzuli küç. 49, SKS Plaza, 7-ci mərtəbə
  • İş saatları
  • B.e.-C: 9.00-18.00

Hava yolu ilə daşıma

Hava yolu ilə daşıma

KASPİ İNTER Ltd şirkəti Yüklərin beynəlxalq Hava yolu ilə daşınmasında standart, çox qiymətli, qabaritli, ağır çəkili və təhlükəli yüklərin yüksək səviyyədə və tez müddətdə hava yolu ilə daşınmasını təşkil edir. Şirkətimizin beynəlxalq partnyorları istənilən ölçülü və istənilən növ yükləri ən qısa vaxt ərzində, yüksək keyfiyyət və sərfəli qiymətlərlə dünyanın istənilən nöqtəsinə çatdırılmasına imkan yaradır.
Müştərinin istəyi ilə şirkətimiz hava nəqliyyatı yolu ilə gələn yüklərin daha tez çatdırılmasını, o cümlədən də hava nəqliyyatında lazım olan bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir.
Şirkətimiz yüklərin hava nəqliyyatı yolu ilə çatdırılması üçün zəruri olan əməliyyatları, o cümlədən idxal, ixrac, tranzit, gömrük rəsmiləşdirməsi və digər formal prosedurların yerinə yetirilməsi üçün tələb olunan sənədlərin əldə olunması, yükün miqdarının və vəziyyətinin yoxlanılması, onun yüklənməsi və təkrar yüklənməsi, saxlanması, təyinat məntəqəsində qəbulu kimi xidmətləri, digər əməliyyatları və vasitəçilik xidmətlərini də icra edir.
Malların hava nəqliyyatı vasitəsilə daşınması, qüvvədə olan beynəlxalq standartlara, Beynəlxalq Hava Daşımalarına aid Bəzi Qaydaların Unifikasiyasına dair Konvensiyaya (Varşava, 12 oktyabr 1929-cu il), 12 oktyabr 1929-cu il tarixində Varşavada imzalanmış Beynəlxalq Hava Daşımalarına aid Bəzi Qaydaların Unifikasiyasına dair Konvensiyaya düzəlişi nəzərdə tutan Protokola (Haaqa, 28 sentyabr 1955-ci il) və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə həyata keçirilir.