• Sərhəddən sərhədə sərhədsiz xidmət!
  • Ünvanımız: AZ1014 Bakı ş.
  • Füzuli küç. 49, SKS Plaza, 7-ci mərtəbə
  • İş saatları
  • B.e.-C: 9.00-18.00

Dəmir yolu ilə daşıma

Dəmir yolu ilə daşıma

Yüklərin beynəlxalq Dəmir yolu ilə daşınması

KASPİ İNTER Ltd şirkətinin Yüklərin beynəlxalq dəmir yolu ilə daşınmasında təklif etdiyi xidmət növləri aşağıdakılardan ibarətdir:

  • İstənilən miqdarda yükün qəbulu:
  • Yüklərin daimi izlənməsi;
  • Kompleks,iri həcmli, o cümlədən xüsusi şərtlər əsasında daşınma tələb edən yüklərin daşınması;
  • Ağır və iri qabaritli yüklərin daşınmasında yükün bərkidilməsinin təşkili;
  • Xüsusi yüklərin daşınması üçün ayrıca marşrutların təşkili.

Şirkətimiz yüklərin Dəmir Yolu nəqliyyatı yolu ilə çatdırılması üçün zəruri olan əməliyyatları, o cümlədən idxal, ixrac, tranzit, gömrük rəsmiləşdirməsi və digər formal prosedurların yerinə yetirilməsi üçün tələb olunan sənədlərin əldə olunması, yükün miqdarının və vəziyyətinin yoxlanılması, onun yüklənməsi və təkrar yüklənməsi, saxlanması, təyinat məntəqəsində qəbulu kimi xidmətləri, digər əməliyyatları və vasitəçilik xidmətlərini də icra edir.

Yüklərin dəmir yolu nəqliyyatı vasitəsilə daşınması, qüvvədə olan beynəlxalq standartlara (yükün növündən asılı olaraq- dəmiryolu daşımaları fəaliyyəti ilə məşğul olan şirkətlərin nizamnamələri, Beynəlxalq Dəmiryolu Yükdaşımalarına dair Saziş (SMGS Sazişi), Dəmiryolu Daşımalarına dair Bern Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə həyata keçirilir.