• Sərhəddən sərhədə sərhədsiz xidmət!
  • Ünvanımız: AZ1014 Bakı ş.
  • Füzuli küç. 49, SKS Plaza, 7-ci mərtəbə
  • İş saatları
  • B.e.-C: 9.00-18.00

Avtomobil yolu ilə daşıma

Avtomobil yolu ilə daşıma

KASPİ İNTER Ltd şirkəti yüklərin beynəlxalq və daxili Avtomobil nəqliyyatı yolu ilə daşınmasında maksimal effektivliklə, öz potensial resurslarından istifadə edərək Şirkətimizə müştərilər tərəfindən daşınması həvalə edilən yüklərin Azərbaycandan dünyanın istənilən nöqtələrinə və dünyanın istənilən nöqtəsindən Azərbaycana çatdırılmasını təmin edir. İrimiqyaslı və uzun müddətli layihələri həyata keçirərkən, KASPİ İNTER Ltd şirkəti buna zərurət olduqda öz xarici və yerli partnyorlarını da işlərə cəlb edir.

Kaspi İnter Ltd şirkəti yüklərin çatdırılması üçün zəruri olan əməliyyatları, o cümlədən idxal, ixrac, tranzit, gömrük rəsmiləşdirməsi və digər formal prosedurların yerinə yetirilməsi üçün tələb olunan sənədlərin əldə olunması, yükün miqdarının və vəziyyətinin yoxlanılması, onun yüklənməsi və təkrar yüklənməsi, saxlanması, təyinat məntəqəsində qəbulu kimi xidmətləri və digər əməliyyatları və vasitəçilik xidmətlərini də icra edir.

Malların avtomobil nəqliyyatı vasitəsilə daşınması, qüvvədə olan beynəlxalq standartlara, TİR Konvensiyası (TİR Kitabçaları ilə Beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası”) və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə həyata keçirilir.

Şirkətimiz yüklərin vaxtında və tam həcmdə çatdırılmasında, öz müqavilə öhdəliklərinin yerinə yetirməsinə daxili nəzarət edir və yüklərin müşahidəsini həyata keçirməklə, buna tam zəmanət verir.