• Sərhəddən sərhədə sərhədsiz xidmət!
  • Ünvanımız: AZ1014 Bakı ş.
  • Füzuli küç. 49, SKS Plaza, 7-ci mərtəbə
  • İş saatları
  • B.e.-C: 9.00-18.00

Haqqımızda

Haqqımızda

KASPİ İNTER Şirkəti artıq 10 ilə yaxın müddətdir ki, logistika, beynəlxalq və ölkədaxili yük daşımaları, gömrük rəsmiləşdirilməsi xidmətləri, o cümlədən bu qeyd olunan sahələr üzrə ixtisaslaşdırılmış hüquqi xidmətlər göstərməkdədir.

Şirkətimiz aşağıdakı daşınmaları həyata keçirir:

  • Avtomobil nəqliyyatı yolu ilə
  • Hava yolu ilə
  • Su nəqliyyatı vasitəsi ilə
  • Dəmir yolu ilə

Yüklərin beynəlxalq və daxili Avtomobil nəqliyyatı yolu ilə daşınmasında Şirkətimiz maksimal effektivliklə, öz potensial resurslarından istifadə edərək bizə daşınması həvalə edilən yüklərin dünyanın istənilən nöqtələrinə çatdırılmasını təmin edir.
İrimiqyaslı və uzun müddətli layihələri həyata keçirərkən, KASPİ İNTER şirkəti buna zərurət olduqda öz xarici və yerli partnyorlarını da işlərə cəlb edir.
Şirkətimiz yüklərin vaxtında və tam həcmdə çatdırılmasında, öz müqavilə öhdəliklərinin yerinə yetirməsinə daxili nəzarət edir və buna zəmanət verir.

Yüklərin beynəlxalq Hava yolu ilə daşınmasında Şirkətimiz standart, çox qiymətli, qabaritli, ağır çəkili və təhlükəli yüklərin yüksək səviyyədə tez, hava yolu ilə daşınmasını təşkil edir. Şirkətimizin beynəlxalq partnyorları istənilən ölçülü və istənilən növ yükləri ən qısa vaxt ərzində, yüksək keyfiyyət və sərfəli qiymətlərlə dünyanın istənilən nöqtəsinə çatdırılmasına imkan yaradır.
Müştərinin istəyi ilə şirkətimiz hava nəqliyyatı yolu ilə gələn yüklərin tez çatdırılmasını, o cümlədən də hava nəqliyyatında lazım olan bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir.

Yüklərin beynəlxalq Dəmir yolu ilə daşınmasında Şirkətimiz yüklərin dəmir yolu ilə daşınmasını da həyata keçirir.
Şirkətin dəmir yolu ilə təklif etdiyi xidmət növləri aşağıdakılardan ibarətdir:

  • İstənilən miqdarda yükün qəbulu:
  • Yüklərin daimi izlənməsi;
  • Kompleks,iri həcmli, o cümlədən xüsusi şərtlər əsasında daşınma tələb edən yüklərin daşınması;
  • Ağır və iri qabaritli yüklərin daşınmasında yükün bərkidilməsinin təşkili;
  • Xüsusi yüklərin daşınması üçün ayrıca marşrutların təşkili.

Beynəlxalq yüklərin Su nəqliyyatı vasitəsi ilə daşınmasında Şirkətimiz böyük məmnuniyyətlə sizə yüklərin beynəlxalq su nəqliyyatı vasitəsilə üzrə aşağıdakı xidmət növlərini təklif edir:

  • Ümumi yüklərin daşınmasında istənilən növ və istənilən ölçülü gəmilərin icarəsi;
  • İstənilən həcmdə və ölçüdə yüklərin qəbulu, gömrük rəsmiləşdirilməsi, yükün yerləşdirilməsi və vəziyyəti haqqında müştəriyə məlumatın operativ şəkildə çatdırılması;
  • Yüklərin optimal boşaldıb yükləmə xidmətlərinin təşkili;
  • Yüklərin sığortalanmasının təşkili.

Logistika, beynəlxalq və ölkədaxili yük daşımaları, gömrük rəsmiləşdirilməsi xidmətləri sahələr üzrə hüquqi xidmətlər göstərərkən şirkətimiz bu sahədə ixtisaslaşdırılmış əməkdaşlarının/hüquqşünaslarının potensialından istifadə etməklə, müştərilərə milli və beynəlxalq hüquq sahəsində baş verən dəyişikliklərdən vaxtında xəbərdar etməklə, gələcəkdə yarana biləcək hüquqi poroblemlərin qarşısının vaxtında alınmasını təmin edir.

Şirkətimizin yuxarıda qeyd oluna sahələr üzrə göstərdiyi xidmətlər barəsində saytımızın Xidmətlər bölümündə tanış ola bilərsiniz.